RU EN TR
info@sugrabagirzade.com +90 (539) 524 58 88
Nəticə tapılmadı

Suğra Bağırzadə yenidən ekranlara qayıdır

11.04.2024

Uzun müddətdir ekranlardan uzaq düşən sevilən aktrisa, əməkdar artist Suğra Bağırzadə yenidən kamera qarşısına keçəcək. Aktrisa yaxın vaxtlarda seriala çəkiləcəyini bildirib: "Təbii ki, serialda rol almaq üçün aktyor və aktrisaları rejissorlar dəvət etməlidir. Uzun müddətdir heç bir serialda yox idim. Hazırda Ramiz Fətəliyevin çəkdiyi yeni filmdə ana obrazını canlandıracam. Mənimlə birgə Rus Dram Teatrının bir çox aktyorları da çəkilir. Serial isə "İtirilmiş uşaqlıq" adlanır. Bu serilada böyük sənətkarlarla yanaşı, gənc aktyorlara da yer verilib. Əminəm ki, adıçəkilən serial tamaşaçılar tərəfindən bəyənilib, izləniləcək".

Digər Xəbərlər