Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti on günlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olmuşdur. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı “Dünyanın ən yaxşı uşaq səsləri” toplusuna daxil edilib. 12 yaşında istedadlı qız “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın “Yollar və kücələr” qısa metrajlı filmində baş rolda çəkilmişdir. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan “Ulduz” filmində Yetər roluna dəvət olunub.
1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar yaratmışdır.
Suğra Bağırzadə Rəssamlar İttifaqının, Azərbaycan Kinomatoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının üzvüdür.
Həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən “Floristika industriyasında yeni professional istiqamət” sertifikatı ilə mükafatlandırılmışdır. Bu bir daha təsdiq edir ki, Suğra xanımın yaratdığı əsərlərin dünyada analoqu yoxdur. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malaziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunmuşdur.
Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Suğra xanım Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülüb.
Fəaliyyətinə və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Suğra Bağırzadə bir çox fəxri mükafatlara və adlara layiq görülmüşdür:
Azərbaycan Türkiyə qardaşlıq münasibətlərinin inkişafına və türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə Türk Dünyası Beynəlxaq Tədqiqatları Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalına (2015), “Fəxri Doktor” adına (2015), “Türk Dünyasında 2015-ci ilin Mədəniyyət adamı”; Ümumdünya Floristlər Şurasının “Floristika sahəsində yeni professional istiqamətin yaradıcısı” sertifikatı (2016), Sankt-Peterburqda keçirilən və Petergofun 300 illiyinə həsr edilmiş florist-dizaynerlərin beynəlxalq sərgisində iştirakına görə ”Dost Petergofa töhfə” fəxri fərmanı və diplomu (2016), BMT-nin İctimai Mükafatlar Şurasının tərəfindən “Xidmət və Şərəf” və “Fayda, Şərəf və Şöhrət” ordenləri ilə təltif edilmişdir.
1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 376 №-li sərəncamına əsasən “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur.
8 noyabr 2021-ci ildə BMT-nin İctimai Mükafatlar Şurası tərəfindən dünya mədəniyyətinə verdiyi xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunmuşdur.
“Yollar və küçələr” (“Azərbaycanfilm” , 1961).
“Ulduz” (“Azərbaycanfilm”, 1963).
“Dünyaya insan gəlib” (“Azərbaycanfilm”, 1974)
“Alma almaya bənzər” (“Azərbaycanfilm” , 1976).
“Şir evdən getdi” 2 seriya (“Azərbaycanfilm”, 1977).
“Tələ” (“Azərbaycanfilm”, 1993).
“Cücələrim” (AzTV , 1995).
“Yuxu” (“Azərbaycanfilm”, 2001).
“Güllələnmə təxirə salınır” (“Azərbaycanfilm” , 2003 ).
“Axırıncı şahid” 4 seriyalı (“AzTV”, 2004).
“Qara Bazar” ( “M&M studio”, 2010).
“Qılıncdan iti” (Rej. Ə. Muradov , 2011).
“13-cü şöbə” (Mir telekompaniyasının sifarişi ilə , 2014).
“Həyat, sən nə qəribəsən” serialı (“ Xəzər” TV, 2015-2016).
“Zaman adlı Qatar”. (Rej. K. Musayev, 2016).
“Xəzər üzərində yelləncək” (Rej. Q. Əsgərov, 2019).
“Şərəf məktubu” (Rej. R. Hüseynov , 2021).
"Острое блюдо"
Suğra Bağırzadə bu günə qədər 10-larla dövlət və beynəlxalq mükafat və laureatlara layiq görülmüşdür.
WORLD FLOWER COUNCIL SUMMIT MEETING-CERTIFICATE OF APPRECIATION
WFC, XXIV SUMMIT, NICE FRANCE
"One Malaysia Welcomes the World" WFC XXVI International Summit. Theme: Colors of Harmony
WORLD FLOWER COUNCIL 28th SUMMIT Heathrow, London, England
30 th WORLD FLOWER COUNCIL SUMMIT, Sapporo, Japan
31st WORLD FLOWER COUNCIL SUMMIT, Zagreb, Croatia
Türk Dünyasında Yılın Kültür Adamı
ULUSLARASI ALTIN YILDIZ MADALYASI
"Fəxri Doktor" adı (Türk Dünyası Beynəlxalq Tədqiqatları Elmlər Akademiyası tərəfindən)
TÜRK DÜNYASINDA YILIN KÜLTÜR ADAMI
Şərəf və Şöhrət" ordeni ("BMT İctimai Mükafatlar Şurası" qeyri-hökumət təşkilatı tərəfindən)
The World Flower Council
TƏRƏQQİ medalı
"Leonardo Da Vinci" medalı